Koronavirusun dərmanı 7 ölkədə sınaqdan keçirilir

  30 Mart 2020    Oxunub : 2547
 Koronavirusun dərmanı 7 ölkədə sınaqdan keçirilir
"Sanofi" və "Regeneron Pharmaceuticals" adlı dərman şirkətləri yeni növ koronavirusa qarşı hazırlanan vaksinin insanlar üzərində sınağına başlayıblar.

Azvision.az xəbər verir ki, "Kezvara" adlı dərmanın yenilənmiş forması dünyanın 7 ölkəsində 300 insan üzərində sınaqdan keçirilir.
Məlumata görə, dərman ötən həftə ABŞ-dakı xəstələr üzərində test edilib. İmmun sisteminə müsbət təsir göstərən dərman İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyadakı xəstələr üzərində də sınaqdan keçiriləcək.

Kənan Məmmədov
Azvision.az

Teqlər: