Koronavirus qurbanlarının sayı 31 mini keçdi

  29 Mart 2020    Oxunub : 2359
Koronavirus qurbanlarının sayı 31 mini keçdi
Dünyada koronavirusa yoluxanların sayı 663 min 213 nəfərə çatıb, 31 min 119 nəfər ölüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, indiyədək 140 min insan xəstəlikdən sağalıb.

Ötən sutka ərzində dünyada təsdiqlənmiş yoluxma halları 97 min 837, ölənlər isə 4859 nəfər olub.

Yoluxma sayına görə, birinci yerdə ABŞ-dır. Burada 122 min 666 təsdiqlənmiş hal qeydə alınıb. Ölənlərin sayı 2 mini keçib.

Avropada isə yoluxma və ölü sayına görə 92 min 472 xəstə ilə İtaliya ilk sıradadır. Təkcə dünən bu ölkədə ölənlərin sayı 889-a çatıb.

Üçüncü yerdə 73 235 yoluxma ilə İspaniyadır. Burada da sutka ərzində ölənlərin sayı 800-ü keçib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koronavirus   Dünya