Britaniyada hamı iPad-ını satır

Britaniyada hamı iPad-ını satır
  29 Dekabr 2013    Oxunub:1049
Miladdan sonrakı gün ərzində eBay saytında 1000 yeni Apple planşeti satışa çıxarılıb. eBay onlayn satış saytının Britaniya şöbəsində satışa qoyulan istifadə olunmuş malların sayı Miladdan sonrakı gün xeyli çoxalıb.
Ümumilikdə eBay saytı istifadəyə ehtiyacı duyulmayan 100 min hədiyyənin satışa qoyulacağını ehtimal edir.

Kompüter və planşetlərin sayının 25%, oyuncaqların sayı isə 8% artacağı gözlənilir. eBay-ın məlumatına görə ən çox satışa qoyulan iPad Air planşetləridir. Son sutka ərzində satışa yeni modeldən 750 ədəd çıxarılıb. Həmçinin sayta 250 ədəd iPad Mini-nin satış elanı yerləşdirilib.

Hədiyyə olunan Android planşetlərdən “xilas olmaq” istəyənlərin sayı daha azdır. Miladdan sonra saytda 200 bu tipli qurğu satışa qoyulub.

Analitiklər bu müşahidələrdən təəccübləniblər. Çünki iPad ənənəvi olaraq bayramda ən arzuolunan hədiyyə sayılırdı. Onlar ehtimal edirlər ki, Apple-dən olan planşetlərin baha qiymətə satılması səbəbindən Androidlərin satışı əlverişli deyil.


Teqlər:





Xəbər lenti