Gülnarə Kərimovanın evindən oğurluq şəkillər tapıldı - FOTO

Gülnarə Kərimovanın evindən oğurluq şəkillər tapıldı - FOTO
  29 Dekabr 2013    Oxunub:1926
Özbəkistan prezidentinin qızının villasından 60 oğurluq rəsm əsəri aşkar edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Gülnarə Kərimovanın İsveçrənin Cenevrə şəhərində zəbt olunan villasından müxtəlif illərdə özbək muzeylərindən qanunsuz çıxarılan rəsm əsərləri aşkar olunub. 5 özbək dissidenti Kərimovanın 2009-cu ildə 18 milyon dollara satın aldığı villaya daxil olaraq aşkar etdikləri sərvətlərin şəkillərini çəkiblər.



Onlardan biri Səfər Bekçon villada Gülnarə Kərimovaya məxsus olan qızıl və brilliant əşyalar, “Bentli” avtomobili, qiymətli daşlarla bəzədilən XVIII əsrin “Quran” kitabı və 60 rəsm əsərinin rəsmini paylaşıb. Məsələyə münasibət bildirən Gülnarə Kərimova isə villasının açarını dissidentlərə verməkdə öz kiçik bacısı Lola Kərimovanı ittiham edib. Ötən il “BBC” telekanalına müsahibə verərəkən Lola Kərimova 12 ildir ki, böyük bacısı ilə danışmadığı açıqlamışdı.



Gülnarə Kərimovanın sözlərinə görə, ailədəki bütün söz-söhbətlər də məhz bu açıqlamadan sonra başlayıb. Qızlarının mübahisəsində heç kəsi dəstəkləməyən İslam Kərimovdan fərqli olaraq Gülnarə Kərimova anasının ona qarşı böhtan yağdırdığını bildirmişdi. Bundan başqa Kərimova özbək xüsusi xidmət orqanlarının atasını ona qarşı düşmən etməyə çalışdığını bildirib.
Xatırladaq ki, vaxtı ilə Özbəkistanda atası İslam Kərimovdan sonra ikinci şəxs sayılan Gülnarə Kərimova ailə münaqişələri səbəbindən malik olduğu nüfuzu itirib. Onun çoxsaylı telekanalları və moda evləri əlindən alınıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti