Ruhani Rza Zərrabın “rəisi”ni cəzalandıracaq

Ruhani Rza Zərrabın “rəisi”ni cəzalandıracaq
  29 Dekabr 2013    Oxunub:982
Pezident Həsən Ruhani İranda qanunsuz fəaliyyətlə məşğul olan iş adamlarının araşdırılması ilə bağlı tapşırıq verib.
AzVision.az-ın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prezident köməkçisi İshaq Cahangiriyə yazdığı məktubda bildirib ki, İrana qarşı beynəlxalq sanksiyaların təsirini azaltmaq üçün iqtisadi güzəştlərdən faydalanıb qanunsuz qazanç əldə edənlər müəyyənləşdirilərək cəzalandırılmalıdır.

“Ölkənin inkişafı üçün iqtisadi fəaliyyətlərin şəffaf və təhlükəsiz mühitdə aparılması vacibdir. Xüsusi güzəştlər vasitəsilə qaçaqmalçılıq yolu ilə qanunsuz qazanc əldə edərək varlananların cəzalandırılması üçün təcili tədbirlər görülməlidir”.

Daha sonra prezident bir ay ərzində istintaqa cəlb ediləcək şəxslərin siyahısı müəyyənləşdirilib ona təqdim edilməsini tələb edib.

Qeyd edək ki, Türkiyədəki rüşvət əməliyyatında həbs olunan iş adamı Rza Zərrabın iranlı iş ortağı babək Zəncaninin də adı hallanır. 39 yaşlı iş adamı Zəncaninin Rza Zərrab vasitəsilə Türkiyəyə qızıl əvəzində neft və təbii qaz satmaqla 13.5 milyard dollarlıq sərvət yığdığı iddia edilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti