Xızıda polis aztəminatlı ailələri sevindirdi

  21 Mart 2020    Oxunub : 1090
Xızıda polis aztəminatlı ailələri sevindirdi
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə rayon ərazisində yaşayan 30-dan çox aztəminatlı ailəyə bayram sovqatları paylayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin ailələrin qonağı olan polis əməkdaşları onların bayram sevinclərinə şərik olub, ailə üzvlərinə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim ediblər.

Polislər tərəfindən bayram günü yad edilən ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Azvision.az

Teqlər: Xızı   polis