Qriqoryanın qardaşı oğluna ittiham irəli sürülüb

Qriqoryanın qardaşı oğluna ittiham irəli sürülüb
  17 Mart 2020    Oxunub:2240
Ermənistanın sabiq deputatı, general Manvel Qriqoryanın qardaşı oğlu Zarzand Qriqoryana ittiham irəli sürülüb.
Azvision.az xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Məlumata görə, Armavir bölgəsində Arşalyus icmasının rəhbəri vəzifəsini icra edən Qriqoryan incəsənət məktəbinə, uşaq bağçasına bu vəzifələrin tələblərinə cavab verməyən şəxsləri təyin edib.

Belə ki, o, 2015-ci ildə incəsənət məktəbinə ali təhsili olmayan Ağsaqqallar Şurası üzvünün həyat yoldaşını rəhbər təyin edib. Eyni qadın 2017-ci ildə uşaq bağçasının direktoru vəzifəsinə gətirilib.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Qriqaryan  





Xəbər lenti