İranlı general koronavirusdan öldü

  13 Mart 2020    Oxunub : 1498
İranlı general koronavirusdan öldü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Nasir Şabani koronavirusdan dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, SEPAH məlumatı təsdiqləyib. Yüksək rütbəli zabitin virusa yoluxduğu və bu səbəbdən vəfat etdiyi bildirilib.

Bundan əlavə, qeyd olunub ki, SEPAH-ın daha 5 hərbi qulluqçusu koronavirusun qurbanı olub. Xəstəliyin hərbçilər arasında yayılacağı istisna edilmir.

Azvision.az

Teqlər: İran   General   Koronavirus