Miqrasiya Xidməti iki rayonda səyyar xidmət təşkil edib

  13 Mart 2020    Oxunub : 890
Miqrasiya Xidməti iki rayonda səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidmətinin (DMX) Şirvan regional miqrasiya idarəsi bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə Salyan və Neftçala rayonlarında növbəti səyyar xidmət təşkil edib.
DMX-dən Azvision.az -a verilən məlumata görə, xidmətin imkanlarından səkkiz nəfər yararlanıb. Onlardan ikisinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün arayış verilib.

Bir nəfərdən isə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib. Beş nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama icazələrinin alınması məqsədilə tələb olunan sənədlərin siyahısı verilib.

Azvision.az

Teqlər: DMX