İsraillə Azərbaycanın turizm əməkdaşlığı müzakirə edilib

İsraillə Azərbaycanın turizm əməkdaşlığı müzakirə edilib
  06 Mart 2020    Oxunub:1709
Martın 6-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında turizm sahəsində mümkün əməkdaşlıq istiqamətləri, cari il ərzində hər iki ölkədə turizm sektoru üzrə baş tutacaq beynəlxalq tədbirlər müzakirə edilib.

Görüşdə səfir Corc Dik diqqətə çatdırıb ki, Azərbaycanda yəhudi irsi üzrə yaradılan marşrut və görülən işlər, eləcə də bu turizm məhsulunun təbliğatı İsrail hökuməti tərəfindən yüksək qiymətləndirilir.

Görüş çərçivəsində Azərbaycan və İsrail arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.

Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti