“Readmissiya olunan şəxslərin sayı 52 faiz artıb” - Vüsal Hüseynov (VİDEO)
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında deyib.
Bundan başqa, qaçqın statusunun əldə edilməsi üçün müraciət edən əcnəbilərin sayı isə 3.4 dəfə azalıb.
DMX rəisinin sözlərinə görə, 2019-cu ildə ölkəmizə gələn əcnəbilərin sayında 2018-ci illə müqayisədə 11 faiz artım qeydə alınıb. Belə ki, ötən il olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayı 8 faiz azalıb. Ölkəmizdə yaşayan əcnəbilərin sayında isə 12 faiz artım müşahidə olunub.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Miqrasiya-Xidməti