Çinə gələn 75 nəfərdə koronavirus aşkarlanıb

Çinə gələn 75 nəfərdə koronavirus aşkarlanıb
  04 Mart 2020    Oxunub:1711
Çinin müvafiq orqanları ölkəyə daxil olan 75 nəfərdə koronavirusa yoluxma halı aşkarlayıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Gömrük İdarəsi məlumat yayıb.

Çin hakimiyyəti son həftələrdə koronavirusun yayılmasını nəzərə alaraq, təkcə ölkədən gedən sərnişinlərə deyil, gələnlərə qarşı da nəzarəti gücləndirib.

Martın 4-nə olan məlumata görə, Çinə gələn 6728 nəfərdə koronavirus simptomları aşkarlanıb, onların arasında 779 şübhəli hal təsbit edilib və 75 yoluxma faktı öz təsdiqini tapıb.

Martın 3-də isə ölkəyə giriş edən 227 nəfərdə koronavirusun simptomları tapılıb, beş hal təsdiqlənib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti