Naxçıvanda məktəb və bağçalar bağlandı

Naxçıvanda məktəb və bağçalar bağlandı
  03 Mart 2020    Oxunub:7128
2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək. Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib. Həmçinin bu qərar uşaq bağçalarına da aiddir.

Azvision.az


Teqlər: Naxçıvan   Məktəb  





Xəbər lenti