Makron səfərlərini təxirə saldı, bütün tədbirlər ləğv olundu

  02 Mart 2020    Oxunub : 1301
 Makron səfərlərini təxirə saldı, bütün tədbirlər ləğv olundu
Fransada koronavirus epidemiyasının yayılması ilə əlaqədar bütün rəsmi toplantılar, sərgilər və mədəniyyət tədbirləri ləğv edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun səfərləri təxirə salınıb.

Bundan başqa, Fransanın turizm rəmzi olan Luvr muzeyi, bir çox məktəblər, bağçalar bağlanıb.

Azvision.az

Teqlər: Fransa   Səfər   Tədbir