Bakıda itkin düşən 3 nəfər tapıldı

Bakıda itkin düşən 3 nəfər tapıldı
  02 Mart 2020    Oxunub:1319
Fevralın 29-dan və martın 2-dək paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 29 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az


Teqlər: Bakı   Cinayət  





Xəbər lenti