TƏBİB: Sosial şəbəkələrdə yayılan görüntülər şayiədir

      TƏBİB:    Sosial şəbəkələrdə yayılan görüntülər şayiədir
  29 Fevral 2020    Oxunub:2617
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının halının pisləşməsi və ürəyinin getməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, yayılan görüntü şayiədir.

"Həmin şəxs həqiqətən də İranda işləyib və Ağdaşa qayıdıb. O, sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti