Şamaxı Rəsədxanasına nələr mane olur?

  28 Fevral 2020    Oxunub : 1304
 Şamaxı Rəsədxanasına nələr mane olur?
"Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında tikilən yeni beşguşəli otelin işıqlandırılması gecələr müşahidələr aparan zaman bizə mane olur".
Azvision.az xəbər verir ki, bunu N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov deyib.

Onun sözlərinə görə, Avaxıl kəndindən gələn işiq mənbələri, yoldan keçən maşın işıqları da araşdırmalara maneçilik törədir.

"Biz aidiyyatı şəxslərə bununla bağlı müraciət etmişik. Artıq razılığa gəlmişik və həll yolu tapılıb. Gecələr müşahidə aparılan zaman otelə zəng edilir. Otelin rəsədxanaya baxan hissəsində işıqların üstünə qoruyucu örtüklər örtülür. Həmçinin müzakirə olunub ki, otelin işıqlandırılması üçün vurulan işıqlar yerə yönəldilsin. Hündür ağaclar əkilsin ki, toz bizim cihazlara mane olmasın. Bu tədbirlərin hamısı nəzərdə tutulub və həyata keçiriləcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: Rəsədxana