Türkiyə ordusu daha 2 şəhid verdi

 Türkiyə ordusu daha 2 şəhid verdi
  27 Fevral 2020    Oxunub:2269
Suriyanın İdlib bölgəsində Türkiyə ordusunun 2 hərbi qulluqçusu şəhid olub, daha iki əsgər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hədəflərinə havadan hücum edilib. Hücum nəticəsində iki əsgər şəhid olub.

Bundan sonra Türkiyə ordusu rejim qüvvələrinin 114 hədəfini zərərsizləşdirib, bir neçə hərbi texnika məhv edilib. Hazırda bölgədə əməliyyatlar davam edir.

Azvision.az



Teqlər: Türkiyə   Şəhid  





Xəbər lenti