Hüsnü Mübarək dəfn olundu

Hüsnü Mübarək dəfn olundu
  27 Fevral 2020    Oxunub:1748
Misirin sabiq prezidenti Hüsnü Mübarək dəfn olunub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, vida mərasimi Nəsr şəhərində keçirilib. Mərasimdən sonra Hüsnü Mübarəkin cənazəsi helikopterlə Heliopolisdəki ailə məzarlığına gətirilərək torpağa tapşırılıb.

Qeyd edək ki, mərhum prezidentin dəfn mərasimində Misir prezidenti Əbdülfəttah əs-Sisi, Baş nazir Mustafa Mabduli, nazirlər və Misir parlamentinin deputatları iştirak ediblər.

Azvision.az



Teqlər: Misir   Hüsnü-Mübarək  





Xəbər lenti