Bakıda tozun miqdarı normadan 2.6 dəfə çoxdur

  26 Fevral 2020    Oxunub : 1113
Bakıda tozun miqdarı normadan 2.6 dəfə çoxdur
"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır".
Azvision.az xəbər verir ki, bunu Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Direktor bildirib ki, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.

R.Bağırov qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.

Azvision.az

Teqlər: Bakı   Abşeron   Toz