Uşaqlara siqaret satanlar cərimələndi

Uşaqlara siqaret satanlar cərimələndi
  26 Fevral 2020    Oxunub:1829
Bakıda yetkinlik yaşına çatmayan şəxslərə tütün məlumatları satanlar cərimələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – D.Əhmədov və Ş.Şəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti