“Bakıda məskunlaşan 30 ailəni Füzuliyə köçürəcəyik” - Rövşən Rzayev
Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Komitə sədri bildirib ki, işlərin ilin sonuna kimi yekunlaşdırılacağı gözlənilir:
R.Rzayevin sözlərinə görə, işlərin hamısı mərhələli şəkildə aparılacaq: “Məqsədimiz ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq".
Bundan əlavə, komitə sədri əlavə edib ki, Samuxda yeni qəsəbənin salınması gözlənilir: “Bir binamız 50 mənzildən ibarət olacaq. Bu Ağdamda nəzərdə tutulur, 45 ailəlik bina Lənkəranda, Füzulinin işğaldan azad olunmuş ərazasində isə 30 fərdi ev tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Rövşən-Rzayev