DİN polisin qətli ilə bağlı məlumat yaydı

DİN polisin qətli ilə bağlı məlumat yaydı
  25 Fevral 2020    Oxunub:2759
Fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.

Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Anar Ramazanov Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı olub.

Azvision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti