Bulvarda bir nəfər dənizə düşüb

  25 Fevral 2020    Oxunub : 1833
Bulvarda bir nəfər dənizə düşüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN