Koronavirusa görə məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı

Koronavirusa görə məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı
  25 Fevral 2020    Oxunub:6155
Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla əlaqədar tapşırıqlar verib.
Azvision.az -ın məlumatına görə, nazirlik bəyan edib ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumu təhsil müəssisələrin sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

Qeyd olunan vəziyyət nəzərə alınaraq aşağıda göstərilən tədbirlərin görülməsi tapşırılıb:

- Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi,

- Ümumi təhsil müəssisələrində şagirdlər arasımda respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi,

- Ümumi təhsil müəssisələrində tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması,

- Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması,

- Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması,

- Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması".

Qeyd edək ki, sənədi Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov imzalayıb.

Azvision.az


Teqlər: Məktəb   Təhsil-Nazirliyi  





Xəbər lenti