Bu gün Novruzun ilk çərşənbəsidir

  25 Fevral 2020    Oxunub : 3011
 Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir.
Azvision.az xəbər verir ki, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır.

İnanclara görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Əzəl çərşənbədə el arasında su ilə bağlı ayinlər, mərasimlər keçirilir.

Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara əsasən, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Ölkəmizdə martın 3-də Od, martın 10-da Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

Azvision.az

Teqlər: Novruz   Çərşənbə