İranda koronavirusa yoluxanların sayı artıb

  24 Fevral 2020    Oxunub : 1412
İranda koronavirusa yoluxanların sayı artıb
İranda yeni növ koronavirusa yoluxanların sayı 47-yə çatıb, 12 ölüm faktı qeydə alınıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Rəyasət Heyətinin rəsmi nümayəndəsi Əsədullah Abbasi deyib.

"Səhiyyə naziri Said Namaki 47 nəfərdə koronavirusun olduğunu, onlardan 12-nin öldüyünü söyləyib”, - deyə parlament rəsmisi bildirib.

Daha əvvəl isə İran səlahiyyətliləri koronavirusa yoluxma hallarının 43-ə çatdığını, 8 ölüm hadisəsinin qeydə alındığını bildirmişdilər. Koronavirusdan ölüm halları əsasən Qum, Markazi və Mazandran əyalətlərində baş verib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Koronavirus