Fəzail Ağamalının dairəsində 11 məntəqə ləğv olundu

Fəzail Ağamalının dairəsində 11 məntəqə ləğv olundu
  23 Fevral 2020    Oxunub:4067
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia ediblər.
MSK üzvü Baxşeys Əsgərov deyib ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb.

B.Əsgərovun sözlərin görə, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. Bu səbəbdən B.Əsgərov adları çəkilən məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti