MSK 21 saylı dairə ilə bağlı şikayətə baxdı

MSK 21 saylı dairə ilə bağlı şikayətə baxdı
  21 Fevral 2020    Oxunub:1716
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Mehdiyev Fərhad Sovet oğlu, İsmayılov Toğrul Şahin oğlu və digərlərinin müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, müraciətlər eyni məzmunlu olduğundan və dairə üzrə bir neçə məntəqəni əhatə etdiyindən bir icraatda birləşdirilib: “Araşdırma zamanı müraciətdə göstərilən hallar öz təsdiqini tapmayıb. Bu səbəbdən şikayətçinin müraciəti təmin edilməməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti