Məzahir Pənahov: “Onlar növbəti seçkidə olmayacaqlar”

  21 Fevral 2020    Oxunub : 2094
 Məzahir Pənahov: “Onlar növbəti seçkidə olmayacaqlar”
“Fəaliyyətində qüsurlar olan komissiya üzvləri növbəti seçkilərdə olmayacaqlar”.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar: "Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq. Buna heç kimin şübhəsi olmasın".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki