Əsgər ölümləri Tonoyanı ciddi narahat edir

Əsgər ölümləri Tonoyanı ciddi narahat edir
  21 Fevral 2020    Oxunub:2415
Bu gün Ermənistanın müdafiə naziri David Tonoyan hərbi polisdə müşavirə keçirib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, toplantıda son günlər orduda baş vermiş ölüm hadisələri, bu cür halların qarşısının alınması, əməliyyat vəziyyəti və hərbi polisin işi müzakirə edilib.

Tonoyan hərbi polisin keçmiş rəisi, general-mayor Artur Baqdasaryanla vidalaşıb və bundan sonra heyətə öz tapşırıqlarını verib.

O, hərbi polisin rəhbərinin əməliyyat xətti üzrə müavini, polkovnik Aleksandr Telmanyana müvəqqəti olaraq rəis vəzifəsini icra etməyi tapşırıb.

Tonoyan hava qüvvələrinin şəxsi heyətinə və polkovnik Aleksandr Ağajanyana da tapşırıqlar verib, nizam-intizamın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və əməliyyat-istintaq işinin keyfiyyətinin artırılmasını tələb edib. Müdafiə naziri orduda ölüm hallarının artmasına görə narahatlığını dilə gətirb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tonoyan  





Xəbər lenti