Putin köməkçisini işdən çıxardı

   Putin köməkçisini işdən çıxardı
  19 Fevral 2020    Oxunub:2238
Rusiya Prezidenti Vladimir Putin köməkçisi Vladislav Surkovu tutduğu vəzifədən azad edib.
Azvision.az xəbər verir ki, bu barədə qərar Kremlin saytında dərc olunub. Onun hansı səbəbdən işdən çıxarılması barədə məlumat verilməyib.

Qeyd edək ki, Vladislav Surkov 2013-cü ilin sentyabrın 20-dən bu vəzifəni icra edirdi. Surkov Rusiya hökumətində 2011-ci ildən işləməyə başlayıb.

Azvision.az


Teqlər: Putin  





Xəbər lenti