Aİ İran prezidentini axtarmaq üçün peyk xidmətini aktivləşdirdi

   Aİ İran prezidentini axtarmaq üçün peyk xidmətini aktivləşdirdi
  19 May 2024    Oxunub:1494
Avropa İttifaqı İran prezidentinin və xarici işlər nazirinin olduğu helikopterinin axtarışına kömək üçün özünün "Copernicus EMS" peyk sistemini aktivləşdirib.
Bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Canez Lenarsic “X”də məlumat verib.

“Tehranın dəstək tələbinə əsasən İran prezidentini və xarici işlər nazirini daşıyan helikopterlə bağlı “Copernicus EMS” peyk xidmətini işə salırıq”, – o yazıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti