İqtisadiyyat Nazirliyində IFC direktoru ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində IFC direktoru ilə görüş keçirilib
  06 Sentyabr 2024    Oxunub:2015
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru İnes Roşa ilə görüşüb, dövlət-özəl sektor tərəfdaşlığı və potensial layihələr müzakirə edilib.
AzVision.az xəbər verir ki, görüşdə ölkəmizdə aparılan iqtisadi islahatların beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyi bildirilib. Azərbaycanın IFC ilə əməkdaşlığının genişlənməsi, bu kontekstdə ölkəmizdə mütərəqqi təcrübə və yeniliklərin təşviqi önəm daşıyır. Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, ölkəmizin iştirakçısı olduğu nəhəng layihələr regionda dayanıqlı inkişafa nail olunmasında önəmli faktora çevrilib. Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığı üzrə layihələrin reallaşdırılması üçün böyük imkanlar var.

Tərəflər COP29, dövlət-özəl sektor tərəfdaşlığı, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihəsi üzrə əməkdaşlıq və IFC-nin cəlb oluna biləcəyi potensial layihələr barədə müzakirə aparıblar.

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi  





Xəbər lenti