Millətlər Liqası: Yığmamızdan uğursuz start

   Millətlər Liqası:    Yığmamızdan uğursuz start
  05 Sentyabr 2024    Oxunub:2117
Bu gün UEFA Azərbaycan yığması Milətlər Liqasının I turu çərçivəsində ilk oyununa çıxıb.
AzVision.az xəbər verir ki, bu oyun portuqaliyalı mütəxəssis Fernandu Santuşun yığmamızdakı debütü ilə yadda qalıb.

Qarşılaşma millimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bütün qollar fasilədən sonra vurulub. Yığmamızın hücumçusu Ramil Şeydayev birinci hissəyə əlavə olunmuş dəqiqlərdə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniya ilə münasibətlərə aydınlıq gətirəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti