Baqiri göstəriş verdi: SEPAH-da axtarışlara cəlb olundu

      Baqiri göstəriş verdi:    SEPAH-da axtarışlara cəlb olundu
  19 May 2024    Oxunub:1183
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ordunun bütün qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və polisin prezident İbrahim Rəisini daşıyan helikopterin axtarışına cəlb edilməsi barədə göstəriş verib.
“İslam Respublikası ordusundan, SEPAH və polisin bütün imkan və vasitələrindən istifadə edilməlidir”, - İranın IRIB telekanalı Baqeriyə istinadən xəbər verir.
Rəisinin helikopterinin tapılması xəbəri təkzib edildi -YENİLƏNİB


Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün İran prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb.

Qəza İ. Rəisinin Azərbaycan Respublikası ilə ümumi sərhəddə bəndin açılışından sonra qayıdarkən baş verib.Prezidentin kalonunda üç helikopter olub. Çoxlu sayda nazir və məmuru daşıyan helikopterlərdən ikisi sağ-salamat yerə enib.

Digər helikopterin tapılması üçün əraziyə xilasetmə qrupları cəlb olunub. Bu helikopterdə dövlət başçısı ,Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti olub.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti