Güllələnən nazirin vəziyyəti necədir?

   Güllələnən nazirin vəziyyəti necədir?
  19 May 2024    Oxunub:1041
Sui-qəsd nəticəsində güllə yarası alan Slovakiyanın baş naziri Robert Fitsonun həyatı üçün təhlükə yoxdur. Bu barədə jurnalistlərə ölkənin baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak məlumat verib.
Slovakiya Baş nazirinə qarşı sui-qəsd işi üzrə istintaq başlayıb - FOTO/VİDEO - YENİLƏNİB
"Baş nazirin həyatı üçün təhlükə yoxdur, lakin vəziyyət hələ də ciddidir və ona intensiv tibbi yardım lazımdır”,- Slovakiya Baş nazirinin müavini qeyd edib.

Xatırladaq ki, Robert Fitsoya qarşı sui-qəsd cəhdi ötən həftə Bratislavadan 190 kilometr aralıda yerləşən Gandlova şəhərində hökumətin iclasından sonra baş verib. Baş nazir helikopterlə xəstəxanaya aparılıb.

Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsdin ölkəcə məşhur 71 yaşlı yazıçı, "Mütərəqqi Slovakiya" müxalifət partiyasının tərəfdarı Yuray Çintula tərəfindən həyata keçirildiyi müəyyənləşib. Şahidlər onun hücumdan qabaq Baş nazirə "Robo, bura gəl!" dediyini eşidiblər.

Sui-qəsdi törədən yazıçı hadisə yerindəcə saxlanılıb.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:  





Xəbər lenti