Zurabişvili Makronu Tbilisiyə dəvət etdi

   Zurabişvili Makronu Tbilisiyə dəvət etdi
  19 May 2024    Oxunub:960
Gürcüstan prezidenti Salome Zurabişvili fransalı həmkarı Emmanuel Makronu ölkədə bu ilin payızında keçiriləcək parlament seçkiləri öncəsi Tbilisiyə səfər etməyə çağırıb.
– Qoy bura gəlsinlər! - Zurabişvili “La Tribune de Dimanche” qəzetinə xarici agentlər haqqında qanunun qəbuluna Avropa liderlərininin reaksiyası ilə bağlı sualı cavablandırarkən deyib.

“Emmanuel Makron demək olar ki, 2018-ci ildə prezident seçildiyim andan mənə söz verdi ki, gələcək. O, bunu sentyabrda seçki kampaniyası başlamazdan əvvəl etməlidir. Mən prezident Makrona məktub yazdım və onu mayın 26-da Gürcüstanın Müstəqillik Günündə gözləyirəm”, - o əlavə edib.

“Heç kim Rusiya ilə qarşıdurma istəmir” deyən Zurabaşvili, eyni zamanda “Qafqazı sovet boyunduruğundan və Rusiya Federasiyasının təsirindən xilas etmək” istəyini bəyan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti