İki ölkə BMT TŞ-nın Rəfahla bağlı iclasını tələb edib

İki ölkə BMT TŞ-nın Rəfahla bağlı iclasını tələb edib
  18 May 2024    Oxunub:1068
Əlcəzair və Sloveniya Qəzza zolağının Rəfah şəhərindəki vəziyyəti müzakirə etmək üçün bazar ertəsi BMT Təhlükəsizlik Şurasının açıq iclasını tələb ediblər.
Bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib. "Bəli, Əlcəzair və Sloveniya bu görüşü tələb edib"-deyə, mənbə vurğulayıb.

Mayın 6-da İsrail ordusu şərqi Rəfahın əhalisini təxliyə etmək üçün hazırlıqlara başladığını elan edib. Ertəsi gün hərbçilər Rəfahda hərbi əməliyyata başladığını və Qəzza zolağının Misirlə sərhədindəki eyniadlı sərhəd-keçid məntəqəsini nəzarətə götürdüyünü elan ediblər.

Bundan əvvəl beynəlxalq ictimaiyyət İsraili Rəfahdakı genişmiqyaslı əməliyyatdan imtina etməyə çağırmışdı.

Xüsusilə, ABŞ səlahiyyətliləri bildirib ki, belə bir qərar oradakı mülki əhaliyə zərər verəcək və yəhudi dövlətinin təhlükəsizliyini zəiflədəcək. İsrail hakimiyyəti isə öz növbəsində israr edir ki, Rəfah əməliyyatı “tam qələbə” və Qəzza zolağında Həmas silahlı qüvvələrinin məğlubiyyəti üçün zəruridir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti