Əşrəf Qani yenidən prezident seçildi

   Əşrəf Qani yenidən prezident seçildi
  18 Fevral 2020    Oxunub:2465
Əfqanıstanın hazırkı prezidenti Əşrəf Qani rəsmi olaraq prezident seçkilərinin qalibi elan edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müstəqil Seçki Komissiyasının sədri Hava Alam Nuristani bildirib. Onun sözlərinə görə, Əşraf Qani seçicilərin 50.64% səsini toplayıb.

İkinci yerdə 39,52% səslə ölkənin Baş Naziri Abdullah Abdullah, üçüncü yerdə isə 3,85% nəticə ilə keçmiş baş nazir və əfqan mücahidlərinin sabiq lideri Gülbuddin Hekmatyar qərarlaşıb.

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti