Ərdoğan və Putinin İdliblə bağlı görüşü gözlənilir

Ərdoğan və Putinin İdliblə bağlı görüşü gözlənilir
  18 Fevral 2020    Oxunub:1885
Türkiyə və Rusiya prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan İdlibdəki vəziyyətlə əlaqədar görüşə bilər.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, Moskvada Rusiya-Türkiyə danışıqlarının nəticəsiz qalacağı təqdirdə, liderlər səviyyəsində danışıqların aparılması istisna deyil.

Xatırladaq ki, danışıqların ilk mərhələsi ötən həftə Ankarada Suriyanın şimal-qərbində gərginliyin artması fonunda baş tutub. Rusiya nümayəndə heyətinin tərkibinə prezidentin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev və Xarici İşlər nazirinin müavini Sergey Verşini, həmçinin Müdafiə Nazirliyinin rəsmiləri təmsil olunublar. Türkiyə nümayəndə heyətinə isə Xarici İşlər nazirinin müavini Sedat Önal başçılıq edib.

Bundan əlavə, bazar ertəsi və çərşənbə axşamı Moskvada danışıqların ikinci mərhələsi keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti