ATƏT PA-nın sessiyasında seçkilərlə bağlı hesabat dinləniləcək
Komitə iclaslarında “Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri”, "ATƏT PA müşahidə missiyalarının Ukrayna, Özbəkistan, Belarus və Azərbaycanda parlament seçkiləri ilə bağlı hesabatları", “İqlim dəyişikliyinin təhlükəsizliyə təsirləri və bu sahədə parlamentarilərin rolu”, “ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə” və digər mövzularda fikir mübadiləsi aparılacaq.
İclaslarda deputat Tahir Mirkişili çıxış edəcək, müzakirəyə çıxarılacaq sənədlərə münasibətini bildirəcək.
Pərvanə Sultanova
Azvision.az