6 il əvvəl qaçırılan oğlan evə qayıtdı

6 il əvvəl qaçırılan oğlan evə qayıtdı
  18 Fevral 2020    Oxunub:2743
Terrorçular tərəfindən dağa qaçırılan övladı üçün HDP-nin Diyarbəkir təşkilatının qarşısında keçirilən oturaq aksiyada iştirak edən Məlik Aslan polisin köməyi ilə oğluna qovuşub.
Azvision.az xəbər verir ki, Ərzurum Kəşfiyyat və Terrorizmlə Mübarizə İdarəsi tərəfindən aparılan təbliğat işləri nəticəsində bir nəfər terror təşkilatından qaçaraq Şırnakın Silopi mahalında hüquq-mühafizə orqanlarına təslim olub.

Təslim olan şəxsin HDP-nin Diyarbəkir təşkilatının qarşısındakı aksiyada iştirak edən Məlik Aslanın oğlu Volkan Aslan olduğu müəyyən edilib.



Qeyd edək ki, Volkan Aslan 6 il əvvəl terrorçular tərəfindən qaçırılıb. Diyarbəkirdə aksiya başlandığı gündən bəri ailələrinə qovuşanların sayı Aslanla birlikdə 8 nəfərə çatıb.

Azvision.az


Teqlər: HDP  





Xəbər lenti