Sərnişinlər sabah “Diamond Princess”i tərk edəcəklər

Sərnişinlər sabah “Diamond Princess”i tərk edəcəklər
  18 Fevral 2020    Oxunub:2344
Koronavirusa görə Yaponiya sahillərində karatində olan “Diamond Princess” kruiz gəmisini sərnişinlər fevralın 19-da tərk edə biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə naziri Kato Katsunobu Tokioda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, prosesin ümumilikdə fevralın 21-dək yekunlaşacağı gözlənilir.

Katsunobu ilkin karantin müddətinin bitdiyini bildirib. Gəmidə təxminən üç min nəfər var, onların hamısından analiz üçün nümunələr götürülüb və hazırda araşdırma aparılır.

Ümumilikdə Yaponiyada 520 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib, onlardan 454 nəfəri - 398 sərnişin və 56 ekipaj üzvü olmaqla “Diamond Princess” gəmisindədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gəmi   Koronavirus  





Xəbər lenti