Dərsliklərin hazırlanması üçün tender elan edildi

Dərsliklərin hazırlanması üçün tender elan edildi
  18 Fevral 2020    Oxunub:2196
Təhsil Nazirliyi dərsliklərin və təhsil sənədlərinin hazırlanması üzrə açıq tender elan edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, tender 2020-2021-ci tədris ilinə məktəbəhazırlıq proqramı üzrə dərsliklərin, ümumi təhsilin humanitar fənləri üzrə dərsliklərin (87 adda 1 762 619 nüsxə), texniki fənləri üzrə dərsliklərin (65 adda 2 092 604 nüsxə), ictimai fənləri üzrə dərsliklərin (76 adda 2 286 130 nüsxə), təbiət fənləri üzrə dərsliklərin (30 adda 632 221 nüsxə), peşə ixtisasları üzrə dərsliklərin (96 adda 185699 nüxsə), dərsliklərin komplektinə daxil olan müəllim üçün metodik vəsaitlərin (79 adda 321 040 nüsxə), dövlət nümunəli təhsil sənədləri blanklarının və məktəb sənədlərinin (59 adda 772 940 nüsxə) istehsalı ilə bağlı poliqrafiya işləri üzrə keçirilir.

Tender təklifləri aprelin 2-dək internet portalı vasitəsi ilə təqdim etməlidir. Tender təklifləri aprelin 3-də açılacaq.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Dərslik   Tender  





Xəbər lenti