Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib - Yenilənib

Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib -  Yenilənib
  16 Fevral 2020    Oxunub:4097
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

***
Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Azvision.az xəbər verir ki, Bakı şəhərində təşkil olunacaq imtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 1410 olmaqla, ümumilikdə, 1856 namizəd qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Bəzi imtahan binalarına giriş zamanı “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiqində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 172 nəzarətçi müəllim, 15 buraxılış rejimi əməkdaşı ayrılıb.

Namizədlər imtahana şəxsiyyəti təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti