Qəbul imtahanlarında ixtisaslar yenilənəcək

  16 Fevral 2020    Oxunub : 2347
 Qəbul imtahanlarında ixtisaslar yenilənəcək
2020–2021-ci tədris ilində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisaslar əmək bazarının tələblərinə uyğunlaşdırılacaq.
Azvision.az xəbər verir ki, bu məqsədlə Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə təkliflər hazırlayacaq.

Təkliflər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planına əsasən hazırlanacaq.

Azvision.az

Teqlər: Təhsil   Tələbə