Qənirə Paşayevadan spiker olacağına dair iddialara cavab

  14 Fevral 2020    Oxunub : 1942
Qənirə Paşayevadan spiker olacağına dair iddialara cavab
“Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır, mən isə bitərəfəm".
Azvision.az xəbər verir ki, bunu 105 saylı Tovuz seçki dairəsinin lider namizədi, hazırki deputat Qənirə Paşayeva 6-cı çağırış parlamentin spikeri olacağı ilə bağlı iddialara münasibətində deyib.

Q.Paşayeva bildirib ki, yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq: "Xahiş edirəm ki, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.

Azvision.az

Teqlər: QənirəPaşayeva