Birinci sinifə qəbul qaydası dəyişdirilir

Birinci sinifə qəbul qaydası dəyişdirilir
  12 Fevral 2020    Oxunub:4925
Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinifinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti