Dövlət İmtahan Mərkəzi işçi axtarır

Dövlət İmtahan Mərkəzi işçi axtarır
  06 Fevral 2020    Oxunub:2729
Xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) müqavilə əsasında işçi qəbulu elan edib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:

- Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;

- Azərbaycan və rus dillərini bilmək;

- Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;

- Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;

- Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;

- Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.

İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2020-ci il fevralın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti